"Məktəblərdə ekologiya ayı" - "İqlim dəyişikliyinin mübarizə yolları"
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Məktəblərdə ekologiya ayı" layihəsi bu dəfə coğrafiya dərsində xüsusi dərs olaraq keçirildi. Coğrafiya müəllimi Solmaz Quliyeva "İqlim dəyişikliyi və bu istiqamətdə görülən tədbirlərdən söz açaraq yenilənə bilən enerji mənbələrinin istifadəsi, tullantıların azaldılması və qlobal istiləşmə və əməkdaşlıq kimi mövzulara toxundu. Daha sonra şagirdlərin hazırladığı çıxış və təqdimatlar izlənildi.