"Bəşəriyyətin yaddaşı -yazı"

Liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyeva 10A sinfində “Bəşəriyyətin yaddaşı-yazı” mövzusunda xüsusi dərs keçdi. Beləki dərs zamanı yazı, onun yaranması, inkişaf mərhələləri, qədim yazı nümunələrindən söhbət açıldı. Qədim Türk yazılı abidələrinin dili, Orxon -Yenisey kitabələrinin əlifbası təhlil olundu və əşyəvi yazı nümunələri haqqında şifahi ədəbiyyat nümunələrindən, bədii filmlərimizdən misallar gətirildi. Daha sonra “Bir qalanın sirri “ filmindən fraqmentlər izləndi. Sonda şagirdlər özləri yazının müxtəlif növlərinə aid nümunələr tərtib etdilər.