"Yaşıl dünya" Azərbaycan ədəbiyyatında

"Yaşıl dünya naminə həmrəylik ili" və COP29 layihələri çərçivəsində liseyin kitabxana müdiri Rzayeva Samirə, azərbaycan dili və ədəbiyyat müəllimi Nəbiyeva Afaqın təşkilatçılığı ilə 7a sinif şagirdləri ilə Dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin və digər dahi Azərbaycan şair və mütəfəkkirlərinin əsərlərində ətraf mühitin qorunması ilə bağlı fikirlərin təbliğ edilməsi barədə dəyirmi masa keçirilmişdir. Yaşıl dünya naminə həmrəy olmaq üçün hamımız səfərbər olmalıyıq fikri "Dəyirmi masa" nın devizi oldu. Azərbaycanın füsunkar təbiəti, əlverişli iqlimi, dahi sənətkarların yaradıcılığında təhlil olundu, bədii nümunələrlə şagirdlər fikirlərini əsaslandırdılar. Vətənin gözəlliyi, havasının, suyunun, təbiətinin təmizliyi və qorunması üçün hər kəsin eyni məsuliyyəti daşımasını vurğuladılar. Daha sonra COP29 nədir? Onun haqqında şagirdlərə məlumat verildi slaydlar göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi