27 Sentyabr "44 Günlük Qəhrəmanlıq Savaşı" adlı tədbir keçirildi

Azərbaycan Respublikasının Prezidenti Ali baş komandan cənab İlham Əliyevin 2020-ci il dekabr tarixli sərəncamı ilə 27-si Sentyabr vətənimizin hər bir yerində Anım günü kimi qeyd edilir. Bu münasibət ilə liseyin 6L sinif şagirdləri azərbaycan dili və ədəbiyyat müəllimi ilhamə Cabbarovanın təşkilatçılığı ilə 44 günlik vətən müharibəsini anaraq hazırladıqları şeirlər, təqdimatlar və mahnılarla çıxış ediblər. Şagirdlər hazırladıqları səhnciklərlə vətən torpağının hər daşının, torpağının bir ana qədər əziz olduğunu, gənc nəsil olaraq gələcək nəsillərə ötürməyi təbliğ ediblər.