Mübariz İbrahimova həsr olunmuş Xüsusi dərs

Liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyeva 7L sinfində Mübariz İbrahimova həsr olunmuş xüsusi dərs keçdi. Dərs zamanı şagirdlərin maraqlı çıxışları və Mübariz haqqında yazılmış şeirlər ifa olundu. Mübarizin valideynlərinə yazdığı məktubu səsləndirən Əliyev İsmayıl bu məktubun bütün Azərbaycan xalqına yazılan bir mesaj, bir çağırış, qələbəyə gedən yolun istiqaməti kimi dəyərləndirdi. Heydərov Hacırəcəb Mübariz haqqında animadiya videosu, digər şagirdlər isə maraqlı təqdimatlar hazırlamışdılar. Sonda Leyla Mübarizə həsr etdiyi tabloda Zəfər günəşinin şəfəqləri altında posta bayraq sancan Mübarizi təsvir etdiyindən böyük qürurla danışdı. Dərsdə yüksək vətənpərvərlik duyğuları şagirdlərin üzündə əks olunurdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi