"Əbədi Müstəqilliyimiz" adlı tədbir keçirildi

25.05.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 28 May - Müstəqillik gününə həsr olunmuş “Əbədi Müstəqilliyimiz" adlı tədbir keçirildi.
Məktəblilərin hazırladığı tədbirdə müasir və müstəqil azərbaycançılıq ideyaları və Azərbaycan Xalq Cumhuriyyətinin 106-cı ildönümü ilə bağlı geniş məlumat verildi. Vətənpərvərlik mövzusunda səsləndirilən şeir və mahnılar, o cümlədən liseyin cüdo və güləş üzrə idmançı şagirdlərinin göstərdikləri nömrələr tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.