6A Milli İncəsənət Muzeyinə ekskursiya etdi

14.05.2024-cü il tarixdə liseyin 6A sinif şagirdləri sinif rəhbəri Sevil Orucovanın təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya edib. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində şagirdlər rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri ilə tanış olublar. Şagirdlər muzeydən xoş təəssüratlarla qayıdıblar.