Breyn-rinq İntellektual Bilik Yarışması keçirildi

14.05.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində riyaziyyat müəllimi Günel Ramazanovanın təşkilatçılığı ilə 5K sinfində riyaziyyat fənni üzrə Breyn-rinq İntellektual Bilik yarışması keçirildi. Şagirdlər qruplara bölünərək "Знатоки - Ekspertlər", "Интеллектуалы - İntellektuallar", "Yмный - Ağıllılar" komandalarında iştirak etdilər. 8 raund və hər komandada 6 nəfər şagirdin iştirakı ilə təşkil edilmiş oyun "Интеллектуалы - İntellektuallar" komandasının qalibiyyəti ilə başa çatdı. Qalib komanda medal və sertifikatlarla təltif edildi. Həmçinin digər komanda üzvlərinə oyunda iştirakına görə sertifaklar verildi. Sonda xatirə şəkli çəkildi.