"Cinderella", "Axrıncı yarpaq", "Evgeniy Onegin" əsərləri şagirdlərin obrazında

13.05.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseyin şagirdləri ingilis dili müəllimləri Orucova Sevil, Əliyeva Xatirə, rus dili müəllimi Ələsgərova Səbinənin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ingilis və rus dillərində akt zalında tamaşa nümayiş etdiriblər. Tamaşanın məqsədi şagirdlərin daxili potensialının üzə çıxarılması və onlarda incəsənətin bir qolu olan teatr, səhnə mədəniyyətini formalaşdırmaq olub. Həm səlis xarici dil bacarıqlarını, həm də aktyorluq qabiliyyətlərini nümayiş etdirən 8A sinif şagirdləri Şarl Perronun "Cinderella", 8L sinif şagirdləri O.Henryin "Axırıncı yarpaq", 8B sinif şagirdləri Aleksandr Puşkinin "Evgeniy Onegin" əsərini səhnələşdiriblər. Fərqli obrazlarda çıxış edən şagirdlər tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi