6L Milli İncəsənət Muzeyində

10.05.2024-cü il tarixdə liseyin 6L sinif şagirdləri "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində oldular. On səkkiz mindən çox eksponatın saxlanıldığı Milli İncəsənət Muzeyində şagirdlər rəngkarlıq, qrafika, heykəltəraşlıq və tətbiqi sənət nümunələri ilə tanış olublar. Həmçinin uşaqlar muzeyin təşkil etdiyi ustad dərslərində iştirak edərək həndəsi ornamentlərlə rəsm də işləyiblər. Şagirdlər muzeydən fərqli təəssüratlarla qayıdıblar.