"Mən Fəxr Edirəm ki, Azərbaycanlıyam" adlı tədbir keçirildi

08.05.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə Ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "Mən Fəxr Edirəm ki, Azərbaycanlıyam" adlı tədbir keçirilib.
Tədbir şagirdlərin bir-birindən maraqlı çıxışları, xor kollektivinin ifası, şeir, skripka və saksafon müşayiəti ilə davam edib. Həmçinin ümummilli lider Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyəti ilə bağlı şagirdlərin çıxışları və hazırladıqları videoçarx maraqla izlənilib.