“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Oxu günü” tədbiri keçirildi.

23 aprel 2024 tarixində Nəsimi rayonu 16 №li Texniki Humanitar Liseydə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Oxu günü” tədbiri keçirildi.

Tədbiri giriş sözü ilə liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarova açdı. O, 1864 –cü ildən Şuşada fəaliyyət göstərən “Məclisi-Üns” barədə məlumat verərək, tamaşaçıları xəyali olaraq həmin dövrə apardı.

Sonra liseyin direktoru Ülviyyə İsmayılova qonaqları – Nəsimi Rayonu İcra başçısının birinci müavini Gülarə Verdiyevanı, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı – Milli Qəhrəman general Polad Həşimovun həyat yoldaşı Ofeliya Salmanovanı və liseyin 1979-cu il məzunu Azərbaycan Dövlət Dillər Universitetinin professoru Məmməd Əliyevi salamladı.

Tədbir iştirakçıları Natəvanın (Nurcan Sandal) , Nizaminin (Tağıyev MirSadiq), Ağabəyim ağanın (Mehriban Vəliyeva), Məhəmməd Fizulinin (Salmanov Səcdat), Məhsəti Gəncəvinin (Bayramova İlahə), Molla Pənah Vaqifin (Mayılzadə Raul), Qasım bəy Zakirin (Əlili Əkbər), Aleksandr Dyuma (Əlizadə Malik ) və M.F.Azundovun (Mirzoyev Fərid) şagirdlər tərəfindən yaradılmış obrazlarını böyük maraqla izlədilər.

9a sinif şagirdi Səfərova Fidan və 8l şagirdi Əliyeva Ayşan “Leyli və Məcnun” əsərindən “anasının Leyliyə nəsihəti” səhnəsini canladırdı, 9a sinif şagirdləri Musayev Tələt, Seyidli Mirşahin, Əzizli Selcan, Musalı Dəniz, Qurbanova Qənimət, Əlizadə Cəlal və Babayeva Murad Axundzadənin “Dərviş Parisi partlatdı” əsərindən bir hissəni tamaşaçıların diqqətinə çatdırdı.

Tədbirin musiqi hissəsində liseyin 9c sinif şagirdi Kaşiyev Aminin ifasında səslənən “Qarabağ” və “Yaşa Azərbaycan” mahnıları, 9b sinif şagirdi Abdullayeva Sonanın rəqsi və 8b sinif şagirdi Babayeva Mədinənin kanonda ifası coşqu ilə qarşılandı.

Tədbirin sonunda Nəsimi rayonu İcra Hakimiyyətinin I müavini Gülarə Verdiyeva tədbir iştirakçılarını salamlayaraq ölkəmizdə son illərdə aparılan quruculuq işləri barədə, Qarabağda görülən bərpa haqda danışaraq, şagirdlərə Vətənə xeyirli vətəndaş olmalarını tövsiyyə etdi.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi