"Təbiətimizi sevək və qoruyaq" adlı xüsusi dərs

Biologiya müəllimi Gülnarə Xəlilova "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar liseyin həyətində xüsusi dərs keçdi. 7C sinfi ilə təşkil olunmuş dəyirmi masa debat şəkilində təşkil olunmuşdu. İlk öncə G.Xəlilova çıxış edərək təmiz ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi haqqında şagirdlərə məlumat verdi. Şagirdlər də öz növbəsində hazırladıqları çıxışları təqdim edərək "Yaşıl dünya naminə həmrəylik ili" layihəsinə qoşulduqlarını və siniflər üzrə bitki və gül əkdiklərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi