Beynəlxalq Uşaq Kitabı Günü keçirilib

02.04.2024-cü il tarixdə liseyimizin kitabxanasında Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə kitabxanaçı mütaliənin həyatımızdakı rolu haqqında şagirdlərə məlumat verib. Daha sonra ibtidai sinif şagirdləri kitab haqqında şeirlər, hikmətli sözlər, tapmacalar, aforizmlər söyləyibilər. Həmçinin kağızın yaranması, kitabın onlar üçün asudə vaxtlarının səmərəli keçirilməsi, daha çox söz ehtiyatına sahib olması baxımından faydalı olduğunu qeyd ediblər. Bu günün keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi