"Novruz gəlir elimizə" adlı tədbir keçirildi

19 mart 2024-cü il tarixdə liseydə "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində “Novruz gəlir elimizə” adlı geniş tədbir keçirildi. Tədbirdə məktəbin müəllimləri, şagirdləri və valideynlər iştirak etdilər. Tədbiri giriş sözü ilə açan liseyin təşkilatçı müavini Aytac Salahova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Daha sonra 3B sinif şagirdləri Qarabağ, 5A sinif şagirdləri Bakı, 5L sinif şagirdləri Gəncə, 5K sinif şagirdləri Qusar bölgələrinin Novruz adətlərini - mahnı, rəqs, səhnəciklər göstərməklə təqdim etdilər. Şagirdlərin çıxışları, kosa və keçəlin iştirakı tədbir iştirakçıkarında böyük maraq yaratdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi