5K sinfi "Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası"nda

Şagirdlərin mənəvi tərbiyəsinin və intellektual görüşlərinin, həmçinin elmə-biliyə və kitablara marağını artırmaq məqsədilə məktəbin kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 5K sinif şagirdləri uşaq ədəbiyyatının inkişafında mühüm xidmətləri olan "Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası"na ekskursiya ediblər. Kitabxananın əməkdaşı uşaqları kitabxana ilə tanış edib, kitabxanada təşkil olunmuş kitab sərgiləri, elektron kitabxana ilə bağlı məlumat verib. Şagirdlər kitabxananın bütün şöbələrində olub və xoş əhval-ruhiyyə ilə qayıdıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi