Mütaliə şagirdlərimizə nə qazandırır?

06.03 2024-cü il tarixdə liseyin 6A sinfində şagirdlərin mütaliəyə marağını artırmaq məqsədi ilə kitabxana müdiri Samirə Rzayeva "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində müzakirə təşkil edib. Şagirdlər əvvəlcədən oxuduqları Jül Vernin "Kapitan Qrantın uşaqları" əsərinin mövzusu, ideyası, müsbət və mənfi obrazları, onların hər hansı hadisəyə münasibətini müzakirə ediblər. Əsəri oxuyan zaman onlar üçün maraqlı olan situasiyaları müzakirəyə çıxarıb sinif yoldaşlarının yanaşmasına diqqətlə qulaq asıblar.
Müzakirə bitdikdən sonra şagirdlərin mütaliə haqqında səsləndirdikləri fikirlər dinlənilib, sonra bədii qiraətlə bağlı sual-cavab təşkil olunub. Böyük marağa səbəb olan müzakirədən sonra şagirdlər "Kapitan Qrantın uşaqları" əsərinin videorolikine baxıblar.