"Səməni sərgisi"nə hazırlıq

05.03.2024-cü il tarixdə 16 Nömrəli Texniki-Humanitar Liseydə sinif rəhbəri Sevil Orucova "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində səməni əkilməsinə 6A sinfi ilə start verib. Aypara formasında olan səməni şagirdlər tərəfindən hazırlanıb. Qeyd edək ki, 19 mart tarixində keçiriləcək sərgidə səmənilər siniflər üzrə fərqli formalarda olacaq.