"Od çərşənbəniz" mübarək

Qədim zamanlardan günümüzədək Novruz ən gözəl milli bayramımız hesab edilərək, hər il bolluq, ruzi-bərəkət, firavanlıq rəmzi və yeni ilin başlanğıcı kimi təmtəraqla qeyd olunmuşdur. Novruz bayramından əvvəlki dörd çərşənbə (su, od, yel, torpaq) xüsusi mərasimlərlə keçirilir.
Həmin çərşənbələrdən ikincisi "Od çərşənbəsi"dir. Bu münasibətlə 6L-in sinif rəhbəri Afaq Nəbiyeva "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Od çərşənbəsi"nə həsr olunmuş xüsusi dərs keçib. Bayram abu-havalı keçirilən dərsdə 6L sinif şagirdləri od çərşənbəsinin mifologiyası, adətləri haqqında məlumat verib, atalar sözü, şeir və tapmacalar söyləyib, yandırdıqları ocağın ətrafında yallı gedib sonra ağırlığım odda yansın, uğurluğum mənə gəlsin deyərək üzərindən atlanıblar.