"Səhər gimnastikası" keçirildi

01.03.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə Ümumi Təhsil Müəssisələrində "İdman Həftəsi" layihəsi çərçivəsində şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə "səhər gimnastikası" keçirilib. Fiziki tərbiyə müəllimi Kənan Xudiyevin başçılığı ilə keçirilən gimnastika təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı məqsədilə keçirilib.

Qeyd edək ki, 1-7 mart tarixlərində liseydə idman həftəsi keçirilir. Buna müvafiq olaraq məktəbimizdə idman sahəsi üzrə tədbirlər, maarifləndirici mövzularda söhbətlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi