"Azərbaycan Tarixinə Səyahət" adlı Bilik Yarışması

23.02.2024-cü il tarixdə 16 Nömrəli Texniki-Humanitar Liseydə "Azərbaycan Tarixinə Səyahət" adlı Bilik yarışması keçirildi. Tarix müəllimi Səfa Allahyarovanın təşkilatçılığı ilə keçirilən yarışmada IX-XI siniflər tarix, coğrafiya, musiqi fənləri üzrə yarışmada iştirak etdilər. Yarışma Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra A.Səfa çıxış edərək bildirdi ki, yarış 2 raund, 12 sual və 4 komandadan ibarətdir: Birinci raund "tarix və coğrafiya", ikinci raund "tarix və musiqi" üzrə suallardan təşkil edilmişdi. Sonda "Xəzər" komandası 55 bal toplayaraq 1-ci yerin qalibi oldu. Digər komandalar- "Alban" komandası 45 bal, "Abaskun" komandası 20 bal, "Kaspi" komandası 10 bal toplayaraq diplomlarla mükafatlandırıldılar. Yarışmada iştirak edən bütün şagirdlərimizi təbrik edirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi