21 Fevral - Beynəlxalq Ana Dili Günü

16 nömrəli Texniki-Humanitar Liseydə 21 Fevral - Beynəlxalq Ana Dili Günü qeyd olundu. Lisey müəllimlərinin və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə dilimizin ta qədimdən bu günə kimi keçdiyi keşməkeşli yoldan, tarixin müxtəlif dönəmlərində qarşılaşdığı sərt və amansız sınaqlardan üzüağ və şərəflə çıxmasından danışıldı. Şagirdlərin ifasında dilə həsr olunmuş şeir və musiqilər səsləndirildi. Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə 5l sinfinin təqdimatında səhnələşdirilən "Vaqif" pyesi tədbir iştirakçılarının böyük marağına səbəb olub. Liseyin ibtidai sinif şagirdlərinin səsləndirdiyi şifahi xalq ədəbiyyat nümunələri tədbirə xüsusi bəzək verdi. Tədbirdə milli rəqslərə, musiqilərə geniş yer verildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi