"Reproduktiv sağlamlıq"

15.02.2024-cü il tarixdə 9A sinfində biologiya müəllimi Gülnarə Xəlilova "Reproduktiv sağlamlıq" mövzusunda tədbir keçirib. G.Xəlilova yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları barədə ətraflı məlumat verməklə yanaşı, reproduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu, insan təkmilləşdikcə reproduktiv sağlamlığın da inkişaf etməsini qeyd edib. Bu sağlamlığın təməlinin yeniyetməlik dövründə yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğulayıb. Məqsəd şagirdlər arasında yeniyetməlik dövründə olan gənc nəslin sağlam tərbiyəsi istiqamətində maarifləndirmə işlərinin aparılması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi