10A sinfi "Mərkəzi Elmi Kitabxanada"

14.02.2024-cü il tarixdə "Kitab Bağışlama Günü" ilə əlaqədar 16 nömrəli Texniki-Humanitar Liseyin direktoru Ülviyyə İsmayılova, kitabxana müdiri Samirə Rzayeva 10 A sinif şagirdləri ilə birlikdə Mərkəzi Elmi Kitabxanada keçirilən görüşdə iştirak ediblər. Kitabxananın müdiri və 16 nömrəli Texniki-Humanitar Liseyin məzunu olan Məmməd Əliyev çıxış edərək ilk öncə qonaqları salamlayıb. Məktəb vaxtı yaşamış olduğu xatirələrdən danışıb. Daha sonra kitabın insan həyatındakı əvəzsiz rolundan bəhs edib. Həmçinin Məmməd Əliyev Cənab İlham Əliyevin yenidən prezident seçilməsindən bəhs edərək növbəti mərhələdə işlərində uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi