"Beynəlxalq Kitab Bağışlama Günü"

14.02.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseyin kitabxana müdüri Samirə Rzayeva, azərbaycan dili və ədəbiyyat müəllimləri Afaq Nəbiyeva və İlhamə Cabbarovanın təşkilatçılığı ilə 5L və 6L siniflərində "Kitab Bağışlama Günü" keçirildi. Müəllimlər şagirdlərə məlumat verərək bildirdilər ki, 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. Daha sonra isə şagirdlər oxuduqları kitablardan danışdılar və biri-birlərinə maraqlı kitablar hədiyyə etdilər. Bu günün qeyd edilməsində məqsəd uşaqlarda kitaba marağın artırılması, hədiyyə etmək və hədiyyə almaq kimi sevinc hisslərinin bölüşməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi