Psixoaktiv maddələrin yeniyetmələrə təsiri.

13.02.2024-cü il tarixdə liseyin həkimi Aygün Mustafayeva "Psixoaktiv maddələrin yeniyetmələrə təsiri" mövzusunda maarifləndirici tədbir təşkil edib.

Tədbirdə liseyin IX, X, XI sinif şagirdləri iştirak etdilər.

Tədbirin məqsədi yeniyetmələrin mövzuya dair maarifləndirməsidir. Aygün Mustafayeva bu maddələrin törətdiyi fiziki və psixoloji fəsadlardan danışıb, bu hallarla qarşılaşdıqda hansı reaksiya vermələri barədə geniş məlumat verib.

Maarifləndirici videoçarxı izləyən yeniyetmələr, həmçinin onları maraqlandıran suallar ətrafında geniş müzakirələr aparıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi