"Siqaretin zərərli təsirləri"

08.02.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə psixoloq Şövkət Quliyeva Reproduktiv sağlamlıq layihəsi çərçivəsində 8A sinfində "Siqaretin zərərli təsirləri" haqqında maarifləndirici tədbir keçirdib. Siqaretin insan həyatına mənfi təsirlərindən bəhs edən psixoloq, həmçinin şagirdlərin hazırladıqları videotəqdimatları və çıxışları dinləyib. Debat şəklində təşkil olunmuş tədbirdə siqaretin səbəb olduğu fəsadlar - tez qocalma, diş çürüməsi, ürək xəstəlikləri, qırtlaq xərçəngi, vaxtından əvvəl doğum, şəkər xəstəliyi, qanqren, qida borusu xərçəngi və digər xəstəliklərdən danışılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi