Pedaqoji şura iclası keçirildi

01 fevral tarixində liseydə Bakı şəhəri 16№li Texniki Humanitar Liseydə Pedaqoji şuranın növbəti iclası keçirildi
01.02.2024-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseydə Pedaqoji şuranın iclası keçirildi. İclasda liseyin rəhbər işçiləri, müəllimlər və siniflər üzrə valideyinlər iştirak etdi. İlk öncə liseyin direktoru Ülviyyə İsmayılova müəllim və valideyinləri salamladı. Liseyin direktoru çıxışında I yarımildə görülən işlər barədə çıxış etdi. BSQ- rin 5-8 siniflərdə rəqəmsal formada keçirilməsi ilə əlaqədar valideylərin rəyi soruşuldu. Lisey şagirdləri, müəllimlərin və məktəb kollektivinin digər üzvlərinin özlərini fiziki, psixoloji və sosial baxımdan təhlükəsiz və rahat hiss etdikləri məkan olması üçün görülən tədbirlərdən, mövcud mühafizə sisteminin fəaliyyətindən, liseydə müəllimlər tərəfindən icra olunan növbətçilik barədə məlumat verdi. Liseydə neqativ halların müşahidə olunmaması və gələcəkdə də müəssisədə olan şəxslərin təhlükələrlə qarşılaşmaması üçün görüləcək işlərdən danışdı.
Bununla bərabər məktəbə dəstək olması üçün valideyn məsuliyyətinin və nəzarətinin artırılmasının da vacib məqam olduğunu qeyd etdi.
Şurada liseyin psixoloqu Şövkət Quliyeva liseydə psixoloji xidmətin təşkilinin səviyyəsi barədə məlumat verdi. I yarımil ərzində bu isiqamətdə görülən işlərdən danışdı.
Sonra liseyin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə direktor müavini Aytac Salahova I yarımildə keçirilmiş tədbirlərin hesabatını həmçinin "Şagird davranış qaydaları"nın icra səviyyəsi barəsi haqqında çıxış etdi.
Valideyn -məktəb münasibətlərinin daha yüksək səviyyəyə qaldırılmaq üçün valideynləri "Açıq qapı" günlərində daha aktiv iştirak etməyə çağırdı.
İki fevral tarixi ölkəmizdə "Gənclər günü" kimi qeyd olunur. Bu münasibətlə liseyə 2023-2024-cü dərs ilində qəbul olunan gənc müəllimlərə göstərdikləri səyi qiymətləndirmək məqsədi ilə liseyin direktoru tərəfindən təşəkkürnamə verildi.