Ulu Öndər Heydər Əliyevin "Anım günü" ilə əlaqədar tədbir keçirildi

12.12.2023-cü il tarixdə liseydə Ulu Öndər Heydər Əliyevin "Anım günü" tədbiri keçirildi. Tədbirdə məktəbin direktoru Ülviyyə İsmayılova, direktor müavinləri Könül Ağalıyeva, Aytac Salahova, müəllim kollektivi və şagirdlər iştirak ediblər. İlk öncə tədbirin aparıcısı 8L sinif şagirdi Nəzakət Məmmədova böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verib. Daha sonra məktəbin şagirdləri Ulu öndər Heydər Əliyevə, vətənə, həsr olunmuş şeirlər və mahnılar səsləndiriblər. Sonda 9A sinif şagirdi Fidan Səfərovanın ümummilli liderə həsr olunan videotəqdimatı nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi