"Sağlam qidalanma və gigiyena"

Məktəb yaşı uşaqların fiziki və əqli inkişafının sürətlə baş verdiyi dövrdür. Buna görə də bu yaş qrupu üçün sağlam və balanslı qidalanma böyük əhəmiyyət kəsb edir. Məktəb yaşlı uşaqlar üçün düzgün və balanslı qidalanma fiziki sağlamlıq, əqli inkişaf, enerji səviyyələri və ümumi həyat keyfiyyətinə böyük təsir göstərir. Ailələr müxtəlif qidalarla zənginləşdirilmiş pəhriz təklif edərək uşaqlarının sağlam böyüməsini dəstəkləyə bilərlər. Beləki liseyin biologiya müəllimi Gülnarə Xəlilova "Reproduktiv sağlamlıq" layihəsi çərçivəsində "Sağlam qidalanma və gigiyena" mövzusunda 8A sinfində xüsusi dərs keçdi. İnsan həyatında düzgün qidalanmanın və gigiyena qaydalarına riaət edilməsinin müsbət tərəfləri haqqında şagirdlərə məlumat verdi. Daha sonra şagirdlər hazırladıqları təqdimatları təqdim edərək sağlam qidalanma və gigiyenanın insan həhatındakı müsbət tərəfləri haqqında öz fikirlərini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi