"Məktəb-Şagird Parlamenti" yaradıldı

05.12.2023-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar Liseydə "Məktəb-Şagird Parlamenti" seçkisi keçirildi. Məktəb-Şagird Parlamentinin yaradılmasının məqsədləri :

1. Şagirdlərin fəal həyat tərzinə alışdırılması, onlarda liderlik keyfiyyətlərinin və idarəetmə mədəniyyətinin formalaşdırılması ;

2. Onların fəal vətəndaşlıq və qanunun aliliyi ruhunda istiqamətlənməsi;

3.Məktəbdə birbaşa şagirdlərin marağına toxunan və onların narahatlığına səbəb olan məsələləri parlament qarşısında qaldırmaq və bu problemlərin həllinə nail olmaq;

4. Şagirdlərin məktəbin ictimai həyatında önəmli yer tutması üçün təşviq edilməsidir.

İlk öncə parlamentdə 20 şagirdin namizədliyi irəli sürüldü. Namizədlər 10 gün müddətində siniflərdə özlərini tanıtmaq üçün təqdimatlar hazırladılar. Daha sonra 8-9-10-11-ci siniflər arasında "Parlament seçkisi" keçirildi.

Xatırladaq ki, "Məktəb-Şagird Parlamenti"nin hər çağırışının səlahiyyət müddəti 9 aydır. Məktəb-Şagird Parlamentinin deputatlığından çıxan və yerinə yeni seçilən deputatın səlahiyyət müddəti deputatlıqdan çıxanın qalan səlahiyyət müddəti ilə eynilik təşkil edir.

Yekun nəticə olaraq seçilən 10 nəfər şagird parlament üzvlərinin siyahısı:

1. Murad Babayev- 52 səs

2. Cavid Hüseyn - 33 səs

3. Nihad - 30 səs

4. Sona Qasımova - 23 səs

5. Pavar Lila Sinqh - 19 səs

6. Yelena Matryonina - 15 səs

7. Eybulla Soltanlı - 13 səs

8. Habil Zülfiqarov - 10 səs

9. Mədinə Babayeva - 7 səs

10. Şəfi Xəlilov - 3 səs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi