01 Dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü

01 dekabr- Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar 8L sinfində biologiya müəllimi Gülnarə Xəlilovanın təşkilatçılığı ilə "Sağlam gənclik" adlı maarifləndirici tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdır. İlk öncə G.Xəlilova yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması üçün profilaktik işlərin aparılması, maarifləndirici tədbirlərin mütamadi keçirilməsinin vacibliyini vurğulamışdır. Daha sonra şagirdlər hazırladıqları slaydları təqdim edərək QİÇS-lə mübarizədə hansı addımlar atılmalı və insanlar bu bəladan necə qorunmalıdılar deyə məlumat veriblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi