Görkəmli yazıçı Elxan Elatlı ilə görüş keçirildi.

21.11.2023-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseyin qonağı görkəmli yazıçı və şair Elxan Elatlı oldu. 1962-ci ildə Şamaxı rayonunun Sis kəndində anadan olub. BDU-nun mexanika-riyaziyyat fakultəsini bitirib. İndiyədək 28 kitabı işıq üzü görüb. ”Xəyanət ” romanından sonra dedektiv yazıçı kimi tanınmağa başlayıb. ”Qan ləkəsi”, ”Xəyanət”, "Bakıdan gələn xəfiyyə”, ”Yeddinci mərtəbədə qətl” və.s. kimi bir çox əsərlərin müəllifidir. İlk öncə məktəbin direktoru Ülviyyə İsmayılova yazıçını şagirdlərə təqdim edərək sözü Elxan Elatlıya verdi. Daha sonra 11A sinif şagirdi Nurcan Sandal yazıçının həyat və yaradıcılığı, 9A sinif şagirdi Fidan Səfərova milli qəhrəmanımız Mübariz İbrahimova həsr olunmuş "Qisas gecəsi" adlı romanının təqdimatını təqdim etdilər. Təqdimatdan sonra əsərdə Mübariz obrazını canlandıran Raul Mayılzadə, ana obrazını canlandıran Ayşan Əliyeva hazırladıqları qısa səhnəciklə çıxış etdilər. Görüşdə iştirak edən VIII, IX, X, XI sinif şagirdləri oxuduqaları əsərlərdən suallar verdilər. Sonda sevimli yazar imzalı kitabını şagirdlərə təqdim etdi və xatirə şəkilləri çəkdirdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi