Məktəbimizdə müəllimlər üçün seminar keçirildi

16.11.2023-cü il tarixdə 16 nömrəli Texniki-Humanitar liseyin rəhbərliyi məktəblilərin payız tətilini təhsilverənlər üçün səmərəli etmək və sertifikatlaşdırma imtahanında iştirak edəcək müəllimlərə dəstək olmaq məqsədilə seminar keçirtdi. Liseyin direktoru Ülviyyə İsmayılova dərsdinləmələr zamanı müşahidə etdiyi müsbət və mənfi halları qeyd edərək müəllimlərin qarşılaşdığı problemləri diqqətə çatdırdı. Bu problemləri aradan qaldırmaq üçün keçirilən seminarda fənn üzrə məzmun xətlərindən, alt standartdan təlim nəticəsinin çıxarılması, qiymətləndirmənin dərsin məqsədinə uyğun aparılması ilə bağlı geniş məlumat verdi. Sonda müəllimlər fikir mübadiləsi zamanı əldə etdikləri məlumatları təkmilləşdirmək üçün qrup şəklində işləyərək tətbiq etdilər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi