"Zəfərə gedən yol"

07.11.2023-cü il tarixdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətlə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan “8 noyabr Zəfər Günü” ilə bağlı liseyin azərbaycan dili və ədəbiyyat müəllimi Afaq Nəbiyevanın təşkilatçılığı ilə “Zəfərə gedən yol!” adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, müəllim kollektivi və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsini təsdiqləyən tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirib 44 günlik müharibəni əks etdirən səhnəciklər göstəriblər. Artıq hər il bayram kimi qeyd edilən Zəfər günü gələcək nəsillərə bir şüardı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi