"Mənim şanlı bayrağım"

06.11.2023-cü il tarixdə liseyimizdə kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş "Mənim şanlı bayrağım" adlı şeir müsabiqəsi keçirilib. Müsabiqədə 5-8-ci sinif şagirdləri iştirak edib. Müsabiqəni açıq elan edən 11A sinif şagirdi Nurcan Sandal qürur mənbəyimiz olan bayraq haqqında məlumat verib. Daha sonra üçrəngli bayrağımızı vəsf edən şeirlər müsabiqə iştirakçıları tərəfindən səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerlərin qalibləri fəxri fərmanla təltif edilib.