Fövqəladə hallarda nədən və necə qorunaq?

06.11.2023-cü il tarixdə liseyin hərbi müəllimi Cəlal Carçıyev uşaq və gənclərin fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirib. Tədbirdə şagirdlərə dəmqazı təhlükəsi, mənzildə yanğın, ildırım zamanı, məktəbdə yanğın zamanı təxliyə, çimərlikdə təhlükəsizlik qaydaları haqqında videoroliklər təqdim olunub. Həmçinin yuxarıda sadalanan təhlükəli vəziyyətdə necə davranmalı olduqları haqqında şagirdlərə məlumatlar verilib və onları maraqlandıran suallar da cavablandırılıb.