Futbol yarışması keçirildi

Fiziki Tərbiyə müəllimləri Kənan Xudiyev və Çingiz Babayev "İdmansevərlər" layihəsi çərçivəsində 7-8-ci siniflər arasında futbol yarışması təşkil etmişdir. Yarışı dövlət himni ilə açıq elan etdikdən sonra Azərbaycan və rus bölməsinin şagirdləri arasında futbol oyununa start verilmişdi. Dostluq şəraitində keçən oyundan sonra qalib komanda diplomlarla mükafatlandırılmışdı.