"Mən və mənim hüquqlarım" adlı xüsusi dərs

16 nömrəli Texniki-Humanitar liseydə “Uşaq hüquqları aylığı” çərçivəsində "Uşaq Hüquqları Konvensiyası"nın qəbul edilməsinin ildönümü münasibəti ilə liseyin tarix müəllimi Səfa Allahyarova 5L sinfində xüsusi dərs keçdi. Dərsin keçirilməsində əsas məqsəd məktəblilərə insan və uşaq hüquqları haqqında geniş məlumat vermək olub.
İlk olaraq S.Allahyarova şagirdlərə uşaq hüquqlarının qorunmasından, uşaqlara diqqətin artırılmasından, uşaq hüquqlarının pozulmasından geniş məlumat verib. Daha sonra şagirdlər hazırladıqları slaydları təqdim edərək uşaqlara verilən hüquq və azadlıqlarından danışıblar.