5L sinfi "Sehrli nəğməm" tamaşasında

İlhamə Cabbarovanın təşkilatçılığı ilə 5L sinfi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında "Sehrli nəğməm" tamaşasını izləyiblər. Hekayəyə görə, baş qəhrəman fantaziya aləmindən real dünyaya keçiddə çətinlik çəksə də, gələcəkdə hər şeyin öhdəsindən asanlıqla və böyük məharətlə gəlir. Dəyişən dünyada gözəl səyahətlər zamanı onu anasının laylası müşayiət edir. Tamaşanın rəngarəng süjeti fonunda onun əsas vəzifəsi insan həyatını poetik çalarlar ilə göstərməkdir. Tamaşanı izləyən şagirdlər real həyatdakı çətinliklərə qarşı mübarizəni və bütün olumsuzluqlara rəğmən qalib olmanın yollarını öyrəniblər.