6-cı və 9-cu siniflərində təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə yazılı monitorinq təşkil olunub

30 oktyabr 2023-cü il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin həm Azərbaycan, həm də rus bölmələrinin 6-cı və 9-cu siniflərində təlim dili, riyaziyyat və ingilis dili fənləri üzrə yazılı monitorinq təşkil olunub. Monitorinqin keçirilməsində məqsəd əsas fənlər üzrə tədrisinin və 9 -cu siniflərin buraxılış imtahanına hazırlıq səviyyəsinin ölçülməsidir.