"Hərşey övladımız üçün" dəyirmi masa

30.10.2023-cü il tarixdə "Ailəm və məktəbim" layihəsi çərçivəsində 3A sinfinin rəhbəri Aynurə Zülfiqarovanın təşkilatçılığı ilə "Hər şey övladımız üçün" adlı dəyirmi masa təşkil edilib. Valideynlərin iştirakı ilə keçirilən dəyirmi masada məktəb və ailə arasında pedaqoji əməkdaşlığın əhəmiyyəti barədə çıxışlar olub. Valideyn-məktəb əməkdaşlığının səmərəli təşkil edilməsi şagirdlərin inkişafına kömək edən mühüm amillərdən biri olduğu vurğulanıb. Valideynlər mövzu haqqında fikirlərini səsləndirərək öz təklif və fikirlərini irəli sürüblər. Dəyirmi masada direktor müavini Aytac Salahova da iştirak edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi