"Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirildi.

23.10.2023-cü il tarixdə 16 Nömrəli Texniki-Humanitar Liseydə "Düşünən şagird" müsabiqəsinin məktəb mərhələsi keçirilib. Kitabxana müdiri Samirə Rzayeva, azərbaycan dili və ədəbiyyatı müəllimləri İlhamə Cabbarova və Afaq Nəbiyevanın təşkilatçılığı ilə keçirilən məktəb turunda şagirdlər tərəfindən yazılmış hekayələr dinlənilmiş və şəhər turunda iştirak edə biləcək şagirdlərin işləri yüksək qiymətləndirilmişdir. Müsabiqənin məqsədi təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu, yazı və təxəyyül bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məlumatlılıq səviyyəsinin artırılması, istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsi məqsədilə keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi