18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü

18.10.2023-cü il tarixində tarix müəllimi Gülnarə Abidi və kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 8A sinfində 18 Oktyabr - Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. İlk olaraq G.Abidi müstəqilliyimizi əldə edib daha sonra gələcək nəsillərə ötürmək üçün keçdiyimiz inkişaf yollarından danışdı. Daha sonra şagirdlər hazırladıqları təqdimatları təqdim edərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından, müstəqilliyin bir xalq üçün əhəmiyyətindən, gələcək nəsillərə bir varis kimi ötürülməsindən bəhs etdilər. Həmçinin Azərbaycan Respublikasının Dövlət gerbi, Azərbaycan Respublikasının bayrağı, Azərbaycan Respublikasının himninin xalqımız və dövlətimiz üçün əhəmiyyətindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi