"Vətən bölünməz"

27 Sentyabr Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarinda, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

Fəxri xiyabana yollanırlar. Bu münasibətlə azərbaycan dili və ədəbiyyat müəllimi İlhamə Cabbarovanın təşkilatçılığı ilə liseyin 5L və 9C sinif şagirdlərinin timsalında Anım gününə həsr olunmuş "Vətən bölünməz" adlı tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət himni ilə açılan tədbirdə vətən uğrunda canlarından keçən şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra liseyin hərbi müəllimi Cəlal Carçıyev çıxış edərək 44 günlik müharibədən, qazilərimizdən, şəhidlik zirvəsinə ucalmış mərd oğullarımızın qəhrəmanlığından danışdı. Şagirdlərin simasında zəfər tariximizi canlandıran döyüş səhnələri, qəhrəmanlarımıza, vətənimizə itaf olunan şeirlər və mahnılar səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi