12 Sentyabr 2023-cü il yeni tədris ilində ilk Pedaqoji şura iclası keçirildi

16 nömrəli Texniki-Humanitar liseyinin fəaliyyət planına uyğun olaraq 2023/2024 dərs ilində Pedaqoji Şuranın birinci iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Ülviyyə İsmayılova, təlim - tərbiyə işləri üzrə direktor müavini Könül Ağalıyeva, tədris işləri üzrə direktor müavini Zenfira Nurulla, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Aytac Salahova və müəllimlər iştirak etdilər.

Liseyin direktoru Ülviyyə İsmayılova pedaqoji heyəti salamlayıb və yeni tədris ilində uğurlar arzulayıb ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı

1. 2022/2023 dərs ilinin nəticələri və 2023-2024-cü ilində qarşıda duran məqsədlər. Şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində görüləcək işlər barədə.

2. Liseyin illik Fəaliyyət planının müzakirəsi və təstiqi, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi.

3. Yeni təşkil olunmuş 5 və 7 lisey siniflərinə şagird qəbulu barədə. X sinfə şagird qəbulu.

4. Sinif rəhbərlərinin, metodiki şuranın və metodbirləşmə rəhbərlərinin təsdiqi.

5. Şagirdlərin dərsliklərlə təmin edilməsi və vahid məktəbli formasının təşkili

6. Cari məsələlər

İclasda liseyə yeni qəbul olunmuş müəllimlərin təqdimatı oldu. 2023/2034 dərs ili üçün liseydə vakant olan 7 vakansiya üzrə müəllim qəbul olunub

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi