28 May Respublika gününə həsr olunmuş "Müstəqilliyimiz əbədidir" adlı tədbir keçirildi.

26 may 2023-cü il tarixdə 16 Nömrəli Texniki - Humanitar liseydə musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə 28 May Respublika gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Məktəblilərin hazırladığı tədbirdə müasir və müstəqil azərbaycançılıq ideyaları nümayiş edilib və vətənpərvərlik nümunələri göstərilib. Daha sonra şagirdlər şeirlər səsləndirib, mahnlar ifa edib, rəqslərlə çıxış edib, müstəqilliyimizə həsr edilmiş şüarlar nümayiş etdiribər.