"Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı"

25.05.2023-cü il tarixdə Azərbaycan dili və ədəbiyyatı müəllimi Afaq Nəbiyevanın təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" mövzusunda dəyirmi masa təşkil edildi. Tədbirdə iştirak edən 8D sinif şagirdləri Heydər Əliyevin bədii irsimizə,
yazıçı, şairlərimizə göstərdiyi qayğı və diqqətdən bəhs edən təqdimatlarla çıxış etdilər. Şagirdlər müzakirə zamanı ümummilli liderin dünyanın qədim, böyük türk eposu “Kitabi–Dədə Qorqud”un 1300 illiyini bütün dünyada keçirməklə həm dastanın ilk növbədə Azərbaycan hadisəsi olduğunu, həm də Sovet rejiminin pərən-pərən saldığı dünya türklərini bu dastan ətrafında bir yerə toplamaqla türk birliyi yaratmağa nail olduğunu qeyd etdilər, həmçinin böyük romantik şair və filosof H.Cavidin nəşinin uzaq Sibirdən gətirib doğma Naxçıvanda torpağa qovuşdurması, haqqında təqdimatlarla çıxış etdilər. Tədbirdə liseyin 2022-ci il məzunu olan Sənan Hüseynov da iştirak etdi. O doğma məktəbinə Heydər Əliyevin xatirəsinə həsr elədiyi “Gəncliyə örnək olan həyat” kitabını hədiyyə gətirmişdi.