Liseyimizdə 100 ilin xatirəsinə həsr olunmuş "Sönməz Əbədi Günəş" adlı tədbir keçirildi

10.05.2023-cü il tarixdə Umummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Sönməz Əbədi Günəş" adlı tədbir keçirilib. Məktəbin təşkilat işləri üzrə direktor müavini Aytac Salahova və musiqi müəllimi Təranə Rəsulovanın təşkilatçılığı ilə təşkil olunmuş tədbir Himnimizin sədaları ilə başlayıb. Daha sonra tarix müəllimi Səfa Allahyarova Heydər Əliyevin Azərbaycanın inkişafındakı müstəsna xidmətlərindən, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənc nəslə çatdırılmasındakı rolundan bəhs edib. Tədbirdə Ümummilli liderimizə həsr edilən şeirlər söylənilib, mahnılar ifa edilib, rəqslər edilib.