"Heydər Əliyev və Azərbaycançılıq İdeologiyası"

Ötən il Prezident İlham Əliyevin fərmanı ilə 2023-cü ilin “Heydər Əliyev ili” olmasıyla bağlı qərar qəbul edilib. Belə ki, cari il ərzində Heydər Əliyev irsinin öyrənilməsi, onun ikinci dəfə hakimiyyətə gəlməsindən sonra ölkədə baş verən hərc-mərcliyin aradan qaldırılması və onun sayəsində azərbaycançılıq idealogiyasının necə geniş vüsət almasıyla bağlı 02.05.2023-cü il tarixdə liseyimizdə tarix müəllimi Gülnarə Abidi və kitabxana müdiri Samirə Rzayevanın təşkilatçılığı ilə 9A sinfində "Heydər Əliyev və Azərbaycançılıq ideologiyası" başlıqlı dəyirmi masa təşkil olunub. G.Abidi və şagirdlər hazırladığı təqdimatlara əsasən
ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının formalaşmasındakı, mənəvi dəyərlərin təbliğindəki fəaliyyətinin işıqlandırılması istiqamətində əvəzsiz rolu barədə danışıblar: "Milli ideologiyamızın tarixi kökləri xüsusilə XX əsrin əvvəllərindəki milli azadlıq mübarizəsi tarixi ilə səsləşsə də, əslində, müstəqil Azərbaycanın milli dövlətçilik ideologiyasının müasir konsepsiyasının əsas müddəaları müstəqil Azərbaycanın memarı, qurucusu, özünün intellektual potensialında Şərq və Qərb dəyərlərini uğurla birləşdirən ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib".